Dövlət qurumu
Mühəndis-mexanik
Son tarix 29 noy 2024 - [email protected]
İş şəraiti:
- İş Yeri: Səngəçal- Nahar şirkət tərəfindən təmin olunur
- İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
- İş Rejimi: 5 günlük 09:00-18:00
- Sığorta: İcbari
Namızədə tələblər:
- Təhsil : Ali;
- İş təcrübəsi : Müvafiq sahə üzrə 5 il təcrübə;
Xüsusi biliklər:
- Azərbaycan dilini sərbəst bilməli, rus dili orta səviyyədə, ingilis dili arzuolunandır;
- İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi olan;
Vəzifə öhdəlikləri:
- Filialda görülən və görüləcək mexaniki işlərə nəzarət etmək;
- Mexaniki işləri palnlaşdırmaq və analiz etmək;
- Hesabatları hazırlamaq;
- Tabeçiliyində olan işçilərə iş bölgüsünü aparmaq;
- Yeni avadanlıqların qəbul edilməsində və quraşdırılmasında iştirak etmək;
- Müəssisədə təmir xidmətini təşkil etmək;
- Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
- Təmir proseslərinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizliyə riayət etmək;
- Bütün avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirtmək;
- Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin emalının aparılmasında iştirak etmək;
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə işlərdə iştirak etmək;
- Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərələşdirici təkliflərin və ixtiraların iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak etmək;
- İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
- Avadanlıqların fasiləsiz,texniki cəhətdən düzgün istismarını və etibarlı işini,onların saz vəziyyətdə,tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Təmirin vaxtında və keyfiyyətli keçirilməsini,ümumi vəziyyətə texniki nəzarətini təşkil etmək;
- Əsas kritik ehtiyyat hissələrinin və avadanlığın inventarını hazırlamaq;
- Texniki xidmətlərlə bağlı hesabatlar hazırlamaq;
- Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini təyin etmək;
- İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək;
- İşçilərin işlərini müəyyənləşdirilmiş plan üzrə bölmək;
Əmək haqqı razılaşma əsasında;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis mexanik” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.