Dövlət qurumu
Aparıcı mühasib
Son tarix 03 noy 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə Nazirliyinin Xəzinədarlıq portalı üzrə sənədləşmənin aparılması, ödənişlərin icrası;
- Maliyyə hesabatlarının (Balans, mənfəət-zərər və pul vəsaitlərinin hərəkəti) hazırlanması və Maliyyə Nazirliyinə təqdim edilməsi;
- Rəsmi hesabatların (Vergi, Statistika, Əmlak) təqdim edilməsi (aylıq, rüblük və illik);
- e-taxes.gov.az vergi sistemində əməliyyatların aparılması və Dövlət Vergi Xidmətindən daxil olan sorğuların cavablandırılması;
- Daxil olan pul vəsaitlərinin, kreditor və debitor borcların, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, mühasibat uçotu);
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Maliyyə, vergi, statistika, əmlak və digər müvafiq hesabatların tərtib edilməsi təcrübəsi;
- Mühasibatlıqla bağlı qanunvericilik və vergi məcəlləsi üzrə məlumatlılıq;
- Microsoft Office proqramlarını (xüsusilə MS Excel yaxşı səviyyədə) bilməli;
- Sahə üzrə peşəkar sertifikatların olması üstünlükdür;
- Azərbaycan dili sərbəst; rus və ya ingilis dili arzuolunandır;
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- Çalışqanlıq, məsuliyyətlilik, düzgünlük, dəqiqlik, çeviklik.
İş şəraiti ilə bağlı məlumat:
- 5 günlük (həftə arası) iş qrafiki
- Əmək haqqı – razılaşma əsasında
- Könüllü tibbi sığorta
- Təlim və imtahan xərcləri qarşılanır.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.