Dövlət qurumu
İnsan resursları departamentinin rəhbəri
Son tarix 03 okt 2024 - [email protected]
İş yeri: Dövlət qurumu
Vakansiya: İnsan resursları departamentinin rəhbəri
Vəzifə öhdəlikləri:
- İnsan resursları departamentinin işinin təşkili;
- İnsan resurslarının planlaşdırılması və idarə olunması;
- İnsan resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
- İnsan resursları üzrə proses və prosedurların, Əsasnamə, siyasət, qaydaların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi;
- Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
- İnsan resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin AR Əmək
- Qanunvericiliyinə müvafiq olaraq düzgün aparılmasının təşkili;
- Performans idarəetmə sisteminin qurulması və həyata keçirilməsinə nəzarət;
- Daxili müştəri məmnuniyyətinin ölçülməsi, nəticələrin təhlili və lazımi tədbirlərin həyata keçirilməsi;
- Davamçılığın planlaşdırılması üzrə fəaliyyətin həyata keçirilməsinə nəzarət;
- Təlim və inkişaf sisteminin qurulması və nəzarət;
- İşçilərin inkişafına və karyera yolunun planlaşdırılmasına dəstək;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Şirkət mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə müxtəlif layihə, təlim və proqramların hazırlanması və tətbiq edilməsi;
- Daxili nizam-intizama nəzarət edilməsi;
- İnsan resurları üzrə müxtəlif hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələb olunan bilik və bacarıqlar:
- Biznes, İdarəetmə, İqtisadiyyat və ya İnsan resursları üzrə ali təhsil
- Azerbaycan Respublikasının Əmək qanunvericiliyi bilikləri
- İnsan resursları departamentinin rəhbəri vəzifəsi üzrə minimum 5 il iş təcrübəsi
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi,
- Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübə
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- İR proqram təminatları ilə işləmə təcrübəsi
- İR sahəsi üzrə SHRM-CP &; SHRM-SCP, HRCI, CIPD kimi sertifikatlar arzuolunandır
- Azərbaycan dili , rus dili və ingilis dilləri üstünlükdür
Şəxsi keyfiyyətlər:
- Liderlik xüsusiyyətləri;
- Təşkilatçılıq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Diqqətli və məsuliyyətlik.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.