Azerbaijan Energy Regulatory Agency
İnsan resursları şöbəsi – Baş mütəxəssis
Son tarix 14 sen 2024 [email protected]
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, xitam, vəzifə dəyişikliyi və s. aidiyyəti işləri yerinə yetirir.
- Şöbədə kargüzarlıq işlərinin qanunvericiliyə uyğun aparılmasını təmin edir, işçilərin şəxsi işlərini formalaşdırır, aparır və aparılmasına nəzarət edir;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;
- Kadrların seçilməsi və düzgün yerləşdirilməsi üzrə işlərdə iştirak edir;
- Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;
- Yeni əməkdaşların adaptasiya qaydalarına əsasən fəaliyyətini əlaqələndirir, adaptasiya tədbirlərində iştirak edir;
- Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
- Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, lazım olan materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir.
- Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
- Şöbənin növbəti il üçün iş və tədbirlər planının tərtibatında iştirak edir:
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edir;
- Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;
- Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrinin əmək qanunvericiliyinə uyğunluğunu təmin edir və yoxlayır;
- Əmək kitabçalarının qeydiyyatını, düzgün doldurulmasını və təhvil-təslimini təmin edir;
- Agentliyin insan resurslarının informasiya sisteminin (İRİS) (1С və s.) qurulmasında üzərinə düşən vəzifələri yerinə yetirir;
- İRİS-ə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;
- Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;
- Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;
- Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıq və vəzifələri icra edir;
- Şöbə müdirinin tapşırığına əsasən şöbənin digər əməkdaşları tərəfindən hazırlanan kadr uçotu sənədlərini, hesabat və arayışları ümumiləşdirir və yoxlayır;
- Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.
TƏLƏBLƏR:
- Ali təhsil və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 25-40 aralığı;
- MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
- İnsan resursları strateji hissəsində təcrübə (Qayda və təlimatların tərtibi, əməyin qiymətləndirməsi (performansın dəyərləndiməsi) sisteminin qurulmasında iştirak);
- Azərbaycan dilini səlis, ingilis dilini B1 səviyyəsində bilməli, rus dili arzuolunandır.
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Komandada işləmə bacarığı.
DİGƏR:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Qeyd: Regionlara ezamiyyə ilə əlaqədar, kişi namizədlərə üstünlük verilir.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsi - Baş mütəxəssis) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 13 sentyabr 2024-cü il