Dövlət qurumu
Baş məsləhətçi - smeta üzrə mühəndis
Son tarix 27 iyl 2024 - [email protected]
İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı
Vəzifə funksiyaları:
- Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib etmək;
- Qiymətlərin və ya həcmlərin dəyişməsi zamanı smetada müvafiq dəyişikliklər etmək;
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
- Podrat və subpodratçıların cəlb edilməsi üçün sahədən təqdim edilmiş tələbnamə əsasında materiallar və ya işçiliyin spesifikasiyası, sayı və texniki xarakteristikasını təsdiqlənmiş smeta əsasında yoxlamaq və müvafiq departamentlərə yönəltmək;
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Sifarişçi dövlət qurumları olan obyektlərin iş həcmlərinin qəbul edilməsi üçün AZDTN qaydalarına uyğun olaraq sənədləşməni aparmaq;
- Smetaların tərtibi üçün bazar qiymətlərini analız edərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərini müəyyən etmək;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Vahid qiymət analizləri;
- Aralıq ödənişlərinə nəzarət;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ali təhsil ; (Tikinti, memarlıq, mühəndislik və ya inşaat sahəsi üzrə)
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- PMİ (PMP),və layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar;
- Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını bilmək;
- Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını bilmək;
- MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.), AutoCAD üzrə biliklər; .
- Liderlik və İdarəetmə qabiliyyəti;
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 25 İyul 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Baş məsləhətçi (Smeta üzrə mühəndis)” qeyd etməklə e-mail adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.