Azerbaijan Energy Regulatory Agency
Hüquqi təminat və təhlil şöbəsinin müdiri
Son tarix 23 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin layihələrini hazırlayır;
- Hüquqi məsələlər üzrə araşdırma aparıb arayışlar verir, sənədlərin hüquqi ekspertizasını keçirib rəy verir;
- İşçi qruplarda, habelə digər əməkdaşlar tərəfindən hüquqi sənədlərin hazırlanmasında iştirak edir;
- Hüquqi məsələlər üzrə dövlət və qeyri-dövlət təşkilatlarında, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda, habelə digər şəxslərlə münasibətdə vəkalət əsasında Agentliyi təmsil edir;
- Şöbənin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir, o cümlədən şöbə adından sənədləri imzalayır, Şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Şöbənin əməkdaşları arasında vəzifə və iş bölgüsü aparır;
- Şöbə əməkdaşlarının həvəsləndirilməsi və ya tənbeh edilməsi barədə təqdimat verir;
- Şöbə əməkdaşlarına verilən göstərişlərin uğurlu icrası üçün lazımi şərait yaradır;
- Şöbə əməkdaşları tərəfindən vəzifələrinin icrasına nəzarət edir;
- Şöbə daxilində işçi qrupları yaradır;
- Şöbənin əməkdaşları üçün məcburi olan göstərişlər verir;
- Rəhbərliyin göstərişi ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Rəhbərliyin göstərişlərinə əsasən hesabatlar, arayışlar, rəylər və digər məlumatlar hazırlayır.
Tələblər:
- Hüquqşünaslıq üzrə ali təhsilə və hüquq elmləri üzrə magistr dərəcəsinə malik olmalı;
- Hüquq sahəsi üzrə hər hansı ixtisaslaşmış imtahanlardan keçmiş olmalı;
- Konstitusiya hüququ, inzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ, maliyyə hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar biliklərə malik olmalı;
- Dövlət idarəetməsi sahəsində biliklərə malik olmalı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- İxtisası üzrə azı 5 il iş stajı (rəhbər vəzifədə ən azı 3 il iş stajı olması);
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Yaş həddi 45 yaşadək;
- Yüksək korporativ ünsiyyət bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Şöbə müdiri) qeyd etməniz tələb olunur.
Vakansiya üzrə müraciətin son tarixi: 22 iyun 2024-cü il