Dövlət qurumu
Keyfiyyətə nəzarət şöbəsinin müdiri
Son tarix 05 mar 2024 - [email protected]
İş yeri: Bakı
İş şəraiti: Standart- ofis
İş rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
İş barədə qısa məlumat:
- Qurumun laborator fəaliyyətinin təşkili və standartlara uyğunluğunun təmin edilməsi;
- Qurumun tədarük etdiyi və saxladığı məhsulların yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında rəylərin hazırlanması;
- Məhsullarının saxlandığı saxlanc yerlərin standartlara uyğunluğunun yoxlanılması həmçinin onların saxlanc yerlərində tətbiq edilən standartların təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması.
Namizədə tələblər:
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Keyfiyyətə nəzarət sahəsində sənədləşdirilmiş təcrübə ən azı 5 il, idarəetmə və ya rəhbər vəzifədə təcrübə.
Digər tələblər:
- Keyfiyyətə nəzarət metodologiyaları, alətləri və standartları haqqında dərin biliklər;
- Güclü liderlik, ünsiyyət bacarıqları;
- Məlumata əsaslanan qərarlar qəbul etmək bacarığı ilə analitik düşüncə;
- Keyfiyyət idarəetmə sertifikatları.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Keyfiyyətə nəzarət şöbəsinin müdiri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.