Dövlət qurumu
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Son tarix 01 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin davamlı öyrənilməsi və tətbiqi ilə bağlı təkliflər verilməsi;
- Tədbirlərin, brifinqlərin və mətbuat konfranslarının təşkilinə dəstək göstərilməsi;
- Qurumun fəaliyyəti, layihələri və s. haqqında xarici mediada yazıların, təhlillərin dərc olunmasına dəstək göstərilməsi;
- Xarici media orqanlarında təhsil sahəsi üzrə yayımlanan materialların izlənilərək qısa xülasəsinin hazırlanması;
- QHT-lərlə əməkdaşlıq sahəsində görülən işlərə dəstək göstərilməsi;
- Müvafiq sahəyə uyğun təkliflərin hazırlanması, aidiyyəti fəaliyyətə dair mütəmadi hesabatların təqdim olunması.
Tələblər:
- Ali təhsil (İctimaiyyətlə əlaqələr, Kommunikasiya, Jurnalistika, Dövlət və ictimai münasibətlər ixtisasları üzrə olması arzuolunandır);
- Media və kommunikasiya üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
Qeyd: Dövlət qurumunda sosial media hesablarının idarə olunması, məzmun yaradıcılığı, marketinq, media və kommunikasiya sahələri üzrə iş təcrübəsi və bilik, bacarıqların olması tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 31.01.2024