Dövlət qurumu
Baş mühasib
Son tarix 18 fev 2024 - [email protected]
Əmək funksiyası:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
- Digər zəruri tələblər:
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
- Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib (Bakı)” qeyd etməyiniz xahiş olunur