Dövlət qurumu
Satınalma mütəxəssisi
Son tarix 01 dek 2023 - [email protected]
Əmək funksiyası:
- Satınalma prossesini mövcud qanunvericilik və qaydalara müvafiq ən əlverişli şərtlərlə icra etmək
- İllik satınalma planının hazırlanması və icrasını təşkil etmək.
- Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesini təşkil etmək
- Təchizat sifarişlərinin idarə edilməsi (Tələbin yaranmasından ödənişədək olan prosesin idarə edilməsi)
- Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin idarə olunması, keçirilmiş satınalma müsabiqəsinin nəticəsini rəsmiləşdirmək;
- Müqavilə şərtlərinin müəyyən olunması, hazırlanması və nəzarətdə saxlanılması
- Müqavilələr üzrə tədarükçü KPİ-ların hazırlanması, tədarükçü fəaliyyətinin qiymətləndirilməsi
- Qurumun struktur bölmələrinin saxlanması və fəaliyyəti, habelə maddi-texniki təminatı üçün ayrılmış vəsaitin təyinatı üzrə səmərəli istifadə edilməsi məqsədlə rəhbərliyə təkliflər vermək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması arzu olunandır.
- İş təcrübəsi (minimum): İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi. Dövlət Satınalmaları təcrübəsinin olması arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili, Rus dili, Ingilis dili.
- Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft office proqramlarını bilməli. 1C üzrə iş təcrübəsi arzu olunandır.
Digər zəruri tələblər:
- CIPS sertifikatına (ən azı L2 səviyyə) sahib olmalı
- Satınalma prosesinə dair sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə beynəlxalq standart və normaları bilməli;
- Xarici və yerli tədarükçülərlə satınalma və ondan irəli gələn danışıqların aparılması üçün yüksək ünsiyyət qabiliyyəti;
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Analitik düşünmə
- Problem analiz etmə
- Detallara diqqət
- Nizam-intizam.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma mütəxəssisi” qeyd etməyiniz xahiş olunur