VAKANT İŞ YERİ: 1-22 saylı Ərazi Məşğulluq Mərkəzi filialları (Bakı və regionlar üzrə)
STRUKTURUN ADI: Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbə
VAKANT VƏZİFƏ: Mütəxəssis
ƏMƏK HAQQI: 800-1000
VƏZİFƏ FUNKSİYALARI:
- Ərazi məşğulluq mərkəzinə daxil olan sənədləri qəbul etmək, elektron informasiya sistemində qeydiyyata almaq, sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
- Ərazi məşğulluq mərkəzinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılması üçün müvafiq tədbirlər görmək;
- Sənəd qovluqlarının düzgün formalaşdırılması, uçotu və onların saxlanma müddətlərinin müəyyən etmək;
- Ərazi məşğulluq mərkəzi üzrə kargüzarlığı müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali təhsil;
- İş stajı: İş təcrübəsi tələb olunmur;
- Dil bilikləri: dövlət dili (sərbəst)
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (orta səviyyədə)
Fiziki əlilliyi olan və göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə mütəxəssis yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyaya müraciət etmək üçün son tarix: 05.03.2021
STRUKTURUN ADI: 1-22 saylı Ərazi məşğulluq mərkəzi filialları (Bakı və regionlar üzrə)
VAKANT VƏZİFƏLƏR: İT üzrə mütəxəssis
ƏMƏK HAQQI: 1000-1500
VƏZİFƏ FUNKSİYALARI:
- Son istifadəçi kompüterlərində əməliyyat sistemlərini qurmaq;
- İstiafdəçi kompüterlərində quraşdırılmış standart və ya əlavə avadanlıqlar üçün drayverlərin yüklənməsini və onların vaxtaşırı yenilənməsini təmin etmək;
- İstifadəçi kompüterlərində antivirus proqramlarını quraşdırmaq və onların avtomatik yenilənməsini təmin etmək;
- İstifadəçi kompüterlərinin müvafiq olaraq lokal və ya internet şəbəkəsinə qoşulmasını təmin etmək;
- Çap qurğularını quraşdırmaq və onlara texniki qulluğu təmin etmək;
- İstifadəçi kompüterlərinin administrativ idarə olunması məqsədi ilə domen sisteminə qoşulmasında iştirak etmək;
- İnformasiya-kommunikasiya təminatı üzrə avadanlıq və proqram ehtiyaclarını müəyyənləşdirmək və rəhbərliyə məruzə etmək;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilmək.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali təhsil (İnformasiya texnologiyaları, fizika və riyaziyyat);
- İş stajı: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə
- Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), şəbəkə bilikləri, əməliyyat sistemləri (yüksək səviyyədə);
VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə İT mütəxəssis yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyaya müraciət etmək üçün son tarix: 05.03.2021