Dövlət qurumu
Satınalma üzrə baş mütəxəssis
Son tarix 22 iyn 2023 - [email protected]
Vəzifə funksiyaları:
- Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
 - Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
 - Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
 - Təchizat/satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
 - Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
 - Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanmasını təmin etmək;
 - Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarını təqdim etmək;
 - Xərclərin azaldılması məqsədilə yeni təkliflər vermək;
 - Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
 - Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
 - Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
 - Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
 
Vəzifənin tutulmasına dair tələblər:
- Yaş həddi: 25-45
 - Təhsil : Ali texniki
 - İş təcrübəsi: Müvafiq sahədə 3 il
 - Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (yaxşı);
 - Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə;
 - Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
 - Tender satınalma təchizat portalında işləmək bacarığı;
 - Tender layihələrində iştirak;
 
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və səriştələr:
- İntizamlılıq, dəqiqlik
 - Ünsiyyət qurma bacarığı və detallara fikir vermək qabiliyyəti;
 - Operativlik, çeviklik;
 - Təşkilatçılıq və koordinasiya etmə bacarığı.
 
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
 - Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
 - Servis müəssisə tərəfindən təmin edilir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







