İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Product Owner
Son tarix 11 apr 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Təhsil: Ali texniki təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis və rus dili biliklərinin olması arzuolunandır);
- Scrum, Agile metodologiyası üzrə biliklər;
- Məhsulun inkişafı arxitekturasına dair biliklər;
- Məhsul tələblərinin hazırlanması və inkişafı üçün zəruri texnoloji biliklər;
- Effektiv prioritetləşdirmə bacarığı;
- İstifadəçi əsaslı dizayn prinsipləri haqqında biliklər;
- Komandada işləmək bacarığı;
- Güclü analitik bacarıqlar;
- Şifahi, yazılı ünsiyyət və təqdimat bacarığı.
Görəcəyiniz işlər:
- İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq, təxmin etmək və onları məhsul tələblərinə çevirmək;
- Məhsul üçün vizyonun müəyyən edilməsi;
- Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarının idarə edilməsi və prioritetləşdirilməsi;
- Dizayn və inkişaf da daxil olmaqla məhsulun yaradılmasının bütün mərhələlərinə nəzarət etmək;
- İstifadəçi hekayələrinin və texniki tapşırıqların hazırlanması;
- Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqi və qiymətləndirilməsi;
- Yenilənmələri düzgün çatdırmaq üçün məhsul komandası və son istifadəçilərlə kommunikasiyaların idarəedilməsi;
- Məhsul biznes mühitində olduqdan sonra performans haqqında son istifadəçilərdən rəylərin toplanması və sonrakı inkişaf prossesinə cavabdeh olmaq.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 10.04.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.