Dövlət Məşğulluq Agentliyi
Beynəlxalq tərəfdaşlıq və strateji inkişaf departamentinin böyük mütəxəssisi
Son tarix 13 fev 2023 [email protected]
Strukturun adı: Beynəlxalq tərəfdaşlıq və strateji inkişaf departamenti
Vakant vəzifələr: Böyük mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə və funksiyaları:
- Agentliyin strateji məqsəd və planlarının hazırlanmasında iştirak etmək;
- Agentliyin strateji inkişaf istiqamətləri, habelə dövrü əməliyyat planlarının və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə hədəflərin hazırlanmasında iştirak etmək;
- Agentliyin strateji məqsəd və planlarının icrasına nəzarət etmək;
- Agentliyin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübələri araşdırmaq və təklif paketləri hazırlamaq;
- Agentliyin fəaliyyəti üzrə təhlillər aparmaq, müqayisəli bençmarklar tətbiq etmək;
- Funksional büdcə proqnozlaşdırma və büdcənin icrasına nəzarət proseslərində iştirak etmək.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, Hüquq, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: Minimum 2 il iş təcrübəsi (Strateji inkişaf, təhlil, planlanlaşdırma sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir).
- Dil bilikləri: dövlət dili (sərbəst), ingilis dili (sərbəst), rus və digər dillər (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
- Akademik və praktik mənbələrdən fərqli dillərdə araşdırma bacarığı;
- Əmək bazarı və məşğulluq tədbirlərinin mövcud vəziyyətini və gələcək inkişafını təhlil etmə bacarığı;
- Analitik düşüncə və təkliflərin təqdim edilmə bacarığı;
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Strateji inkişaf üzrə böyük mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.