Dövlət qurumu
Aqronom entomoloq
Son tarix 20 yan 2023 - [email protected]
İş Yeri: Səngəçal- Nahar şirkət tərəfindən təmin olunur
İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
İş Şəraiti: Standart Quruda
İş Rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Namızədə tələblər:
- Təhsil: Ali təhsil (aqronomluq, aqrokimya, bitki mühafizəsi və ya torpaqşünaslıq üzrə), xaricdə bakalavr, maqistratura və ya doktorantura təhsili olan namizədlərə üstünlük verilir
- İş təcrübəsi: Aqronomluq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
Xüsusi biliklər:
- Xaricdə təcrübə və ya ixtisasartırma proqramlarında iştirak etmiş namizədlərə üstünlük verilir
- Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri ilə mübarizə işinin təşkilinə dair göstərişlər, normativ-instruktiv və metodiki materiallar;
- Bitkilərin və toxumların pestisidlərlə müalicəsi texnologiyası;
- Bitki mühafizəsi sahəsində elmin nailiyyətləri və qabaqcıl təcrübə;
- Torpaq qanunvericiliyinin əsasları;
Öhdəliklər:
- Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri ilə mübarizə işini təşkil etmək;
- Kənd təsərrüfatı bitkilərinin saxlandığı ərazilərin sistemli tədqiqini aparmaq, zərərvericilər və xəstəliklərlə yoluxma dərəcəsini müəyyən etmək və onlara qarşı mübarizə üçün konkret tədbirlər təklif etmək;
- Bitki mühafizəsi tədbirləri üçün təqvim planları hazırlamaq;
- Məhsul itkisinin qarşısını almaq üçün zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizədə mütərəqqi texnologiya və qabaqcıl təcrübələri tətbiq etmək;
- İşçiləri sanitariya istiqaməti üzrə maarifləndirmək;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Aqronom entomoloq” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Sadələşdirilmiş elektron məlumat bazasına keçid - https://forms.gle/xdqpNs9gCGqgmYPz9
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.