Dövlət Məşğulluq Agentliyi
Cəlilabad rayon xidmət şöbəsinin müdiri (Lənkəran-Astara Regional Məşğulluq filialı)
Son tarix 16 okt 2022 - [email protected]
STRUKTURUN ADI: Cəlilabad rayon xidmət şöbəsi (Lənkəran-Astara Regional Məşğulluq filialı)
VAKANT VƏZİFƏ: Şöbə müdiri
ƏMƏK HAQQI: Ştat cədvəlinə uyğun olaraq
Vəzi̇fə Funksi̇yaları:
- Filiala müraciət edən, qanunvericiliyin tələblərinə uyğun olaraq işsizlik statusu verilməli olan şəxslərə işsizlik statusunun verilməsi və onların müvafiq şəkildə qeydiyyata alınması prosesinin təşkil edilməsi;
- Karyera məsləhətçilərinin portfelinə nəzarət edərək müvafiq hesabat formalarının hazırlanmasının təmin edilməsi;
- İşsiz şəxs və müvafiq işaxtaran üçün hazırlanan Fərdi Məşğulluq proqramında məşğulluq tədbirləri üzrə ardıcıllığa uyğun olaraq aktiv məşğulluq tədbiri təmin edilməsi prosesinin təşkil edilməsi;
- Müvafiq işsiz şəxs üçün digər məşğulluq tədbirinin təyin olunmasının ardıcıl prosedurlara uyğun olaraq həyata keçirilməsinin izlənməsi;
- Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görülməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı filial müdirinə təqdimat və təkliflər təqdim edilməsi;
- Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasına nəzarət edilməsi və rəhbərliyə təqdim edilməsi.
Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: ən az 3 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:
- İdarəetmə;
- Problem həll etmə;
- Qərar vermə;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Cəlilabad rayon xidmət şöbəsi üzrə şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.