İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Mingəçevir və Şəki filiallarının müdiri
Son tarix 26 avq 2022 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
- Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
- Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
- Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
- Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
- Filialın səmərəli işinin təmin edilməsi;
- Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi
Bizim üçün uyğun namizəd:
- Ali tibb təhsili
- 5 ildən az olmayaraq ümumi əmək stajı (ən az 2 il rəhbər təcrübəsi dövlət müəssisələrində
- İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- Ofis proqramları üzrə biliklər.
- İntizamlılıq və nəticəyönümlülük;
- Ünsiyyət və təşkilatçılıq bacarığı;
- Stressə qarşı davamlılıq;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 10.08.2022-ci il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.