İqtisadi təhlil və Aktuar hesablamalar üzrə baş mütəxəssis
Son tarix 13 avq 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
-
Aktuar hesablamalar üçün lazım olan məlumatların dəqiq və müntəzəm toplanmasına və saxlanmasına nəzarət etmək;
-
Toplanmış məlumatların vaxtaşırı təhlilini, zərurət yarandıqda təkmilləşdirilməsini təmin etmək;
-
Sığorta öhdəliklərinin hesablanması və onlara uyğun maliyyə təminatlarının adekvatlığına nəzarət etmək;
-
Statistik məlumatlar əsasında risklərin qiymətləndirilməsini həyata keçirmək;
-
Aparılmış təhlillərin yekunu olaraq gələcək dövr üçün demoqrafik və iqtisadi göstəricilərlə bağlı hesabat və təqdimatlar hazırlamaq;
-
Qurumun gələcək dövrdə öhdəliklərini, həmçinin bu öhdəliklərin illər üzrə paylanmasını qiymətləndirmək məqsədi ilə hesabat formalarını hazırlamaq;
-
Hesabatların müvafiq tezlikdə və dəqiqliklə proqram təminatı vasitəsi ilə hazırlanmasını həyata keçirmək.
Tələblər:
-
İqtisadiyyat, riyaziyyat, maliyyə və ya statistika ixtisasları üzrə ali təhsil
-
Strateji təhlil, maliyyə və ya müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
-
“Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və digər müvafiq proqram təminatlarından istifadə bacarıqları;
-
Aktuar riyaziyyatı üzrə nəzəri biliklər;
-
Həyat sığortasının riyaziyyatına dair biliklər;
-
Yüksək təqdimat bacarıqları;
-
İngilis və rus dili bilikləri üstünlükdür;
-
Səlis danışıq bacarığı;
-
Operativlik;
-
Problem həll etmə bacarığı;
-
Analitik düşünmə bacarığı;
-
Planlama və zamanın idarəolunması.
Digər:
-
İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
-
İstirahət günləri: Şənbə və bazar günləri
-
Vakansiya üzrə müraciətin son tarixi: 22.07.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxilolaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil və aktuar hesablamalar üzrə baş mütəxəssis) qeyd edin.