Azerbaijan Energy Regulatory Agency
Daxili audit və nəzarət şöbəsinin müdiri
Son tarix 22 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Agentliyin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzunmüddətli audit planını (strategiyanın) və praktiki audit proqramını hazırlamaq;
- Daxili audit və daxili nəzarət üzrə metodologiyanın və daxili audit qaydalarının layihələrini hazırlamaq;
- Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
- Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Agentliyin struktur bölmələrinin xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- Agentlikdə mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Agentliyin daxili audit siyasətinin və strategiyasının, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Tələblər:
- Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
- İxtisası üzrə ən azı 6 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə ən azı 4 il iş stajı
- Microsoft Excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından sərbəst istifadə bacarığı
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
Vakant vəzifə ilə maraqlanan şəxslər CV-lərini e-poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit – şöbə müdiri) qeyd edin.
Müraciətin mövzu hissəsində vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsinin müdiri) qeyd etməniz xahiş olunur.