İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Şəbəkə üzrə administrator
Son tarix 22 may 2022 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (texniki sahə üzrə təhsil arzuolunandır);
- İddia olunan istiqamət üzrə minimum 2 il iş təcrübəsi:
- NGFW-lar üzrə biliklər və iş təcrübəsi (PaloAlto);
- Cisco IOS, NX-OS, IOS-XE üzrə biliklər və iş təcrübəsi;
- HPE, Aruba, Huawei network avadanlıqları iş təcrübəsi;
- Wireless şəbəkə üzrə biliklərin olması;
- Unify controller və access pointlər ilə iş təcrübəsi;
- VoIP üzrə biliklər, Grandstream UCM, Yeastar PBX ilə iş təcrübəsi;
- Zabbix, PRTG monitorinq sistemləri ilə iş təcrübəsi;
- Routing və Switching protokolları barəsində məlumatlı olması:
- Cisco SD-WAN texnologiyası üzrə biliklər və iş təcrübəsi (arzu olunandır);
- Linux əməliyyat sistemi ilə işləmə bacarığı (arzu olunandır);
- İngilis dilində materialları oxuyub, başa düşmək;
- Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa həvəsli olması.
Görəcəyiniz işlər:
- Şəbəkə infrastrukturunun dəstəklənməsində iştirak etmək;
- Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlər görmək;
- Agentliyin informasiya texnologiyaları infrastrukturunda baş vermiş nasazlıqları vaxtında müəyyən etmək və yerində həll olunmasını təmin etmək;
- Agentliyin inzibati binalarında və tabeliyində olan Dövlət Səhiyyə sisteminə daxil olan Tibb müəssisələrinin lokal şəbəkənin qurulması, nəzarəti və texniki infrastrukturunu yaratmaq;
- Data Mərkəzlərin, Agentliyin və tabeliyində verilən Dövlət Səhiyyə sisteminə daxil olan Tibb müəssisələrinin arasında Site-to-Site VPN şəbəkəni yaratmaq;
- Şəbəkə ilə bağlı yeni həllərin və informasiya texnologiyaları üzrə məhsulların test edilməsi və rəhbərliyə təqdim etmək;
- Şəbəkə üçün istifadəçi və şəbəkə təhlükəsizliyi təlimatlarının yaradılması, şəbəkə fəaliyyəti ilə bağlı müraciətlərə cavab vermək və istifadəçilərin şəbəkədə fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilərdə və infrastrukturda yaranan şəbəkə problemlərini müəyyən etmək, araşdırmaq və aidiyəti üzrə həll etmək;
- İnfrastrukturun dayanıqlılığını təmin etmək;
- IP telefoniya xidmətinin qurulması və monitorinqini həyata keçirmək;
- L2/L3 topologiyaların planlanması və hazırlanmasını həyata keçirmək;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 22.05.2022-ci il;
- CV-lər qeyd olunan e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.