Elektron Hökumətin İnkişafı Mərkəzi
Qiymətləndirmə üzrə mütəxəssis
Son tarix 12 may 2022 - Müraciət etmək
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 89/91.
Tələb olunur:
Peşəkar bacarıqlara dair tələblər:
- CIPD, SHRM, HRCI və s. beynəlxalq sertifikatı olanlara üstünlük verilir
- Qiymətləndirmə və motivasiya üsullarını bilməli
- Müsahibə aparmaq bacarığı
- Rəy vermək bacarığı (feed back)
Davranış bacarıqları:
- Təşkilatçılıq bacarığı
- Yüksək ünsiyyət bacarığı
- KİV-lə işləmək bacarığı
- Stressin idarəedilməsi
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Planlama və təşkiletmə
- Aktiv öyrənmə bacarığı
- Vaxtın idarəedilməsi
- Problem analiz etmə
İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi ən azı 1 il
Biz təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı
- Performansa görə mükafatlandırma
- Zəngin təcrübə və peşəkar inkişaf
- Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat
- Mehriban və inklüziv mühit
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
- Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik.
- Səmərəlilik bütün planlarımızın məqsədidir
- İnnovasiyalar bizi daha da gücləndirir
- Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq
- Siz yox “Biz” prinsipi ilə çalışırıq
- Ortaq məqsədləri paylaşırıq
- Təvəzökarlıq komandamızı irəliyə aparır
Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!