İşə qəbul və seçim şöbəsi üzrə məsləhətçi
Son tarix 23 mar 2022
Biz nə təklif edirik:
-
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
-
Karyera irəliləyişlərində yaradılan şərait;
-
Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (namizədin ali iqtisadi, idarəçilik və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır);
-
İşə qəbul sahəsi üzrə 1 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür);
-
İşə qəbul sahəsi üzrə azı 3 ildən artıq iş təcrübəsi;
-
İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması;
-
Namizədlərin cəlbi və seçimi üzrə texnikalar, davranış və funksional səriştələr barədə ətraflı məlumatlılıq;
-
İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
-
Ofis proqramları (Excell, Powerpoint, Outlook) üzrə biliklərin yüksək səviyyədə olması;
-
Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikat;
-
Azərbaycan dili ana dili, ingilis dili yaxşı səviyyədə.
Görəcəyiniz işlər:
-
Agentliyin işə qəbul işinin idarə edilməsi;
-
İşə qəbul planının hazırlanması üzrə işlərin icrası;
-
Struktur bölmə rəhbərləri və digər komanda üzvləri ilə sıx əlaqələrin qurulması;
-
Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması;
-
Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması;
-
Spesifik vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə davamlı nəzarəti;
-
Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi;
-
Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması;
-
Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə.
Əlavə məlumatlar:
-
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
-
İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
-
Vakansiyaya son müraciət tarixi: 23.03.2022-ci il;
-
CV-lər aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir;
-
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
-
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.