Hüquqşünas (Şirvan şəhəri üçün)
Vəzifə öhdəlikləri:
- Qurumun hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
- Quruma daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Qurumu məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
- Məhkəmələrlə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq
- Müxtəlif məsələlər və ya təcrübələr üzrə hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, koordinasiyası və yekunlaşdırılması.
- Qurumla tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək.
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (Hüquq sahəsində)
- İş təcrübəsi: +3 il
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli
- Şirvan şəhəri və ətraf rayonlardan olan namizədlərə üstünlük veriləcək.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas (Şirvan)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.