STRUKTURUN ADI: Dövlət qurumu
VAKANT VƏZİFƏ: Hüquq departamenti/ Normativ hüquqi təminat şöbəsi/ baş mütəxəssis
ƏMƏK HAQQI: Ştat cədvəlinə əsasən müəyyən olunur
VƏZİFƏ FUNKSİYALARI:
- Agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların layihələrini hazırlamaq və (və ya) hazırlanmasında iştirak etmək;
- Agentliyin fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq və ya Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək;
- Nazirliyin, həmçinin Agentliyin strukturları tərəfindən hazırlanmış hüquqi aktların, o cümlədən normativ hüquqi aktların, normativ xarakterli aktların, beynəlxalq müqavilələrin layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək;
- Agentliyin səlahiyyətinə aid olan məsələlərin, o cümlədən məşğulluq və işsizlikdən sığorta sahəsinə dair normativ hüquqi aktların tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlilini aparmaq və bu təcrübənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasında iştirak etmək;
- Agentliyin strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil etmək və ümumiləşdirmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Birbaşa rəhbəri tərəfindən verilən şöbənin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali təhsil (hüquq sahəsi üzrə);
- İş stajı: İxtisas üzrə minimum 3 il iş təcrübəsi, ən az 2 il normayaratma təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)
VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
- Yüksək səviyyədə analitik araşdırma qabiliyyəti;
- Məsuliyyətlilik;
- Təşəbbüskarlıq;
- Vaxtın səmərəli idarə edilməsi;
- Kollektivdə işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi” yazaraq [email protected] mail ünvanına 20.10.2021-ci il tarixinə qədər göndərmələri xahiş olunur.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.