Vəzifə: Strateji planlaşdırma və iqtisadi təhlil üzrə analitik
Şirkət: Dövlət qurumu
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə);
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
• Strateji idarəetmə, habelə proqram və layihələrin idarəedilməsi üzrə biliklər.
• MS Office proqramları ilə işləmək bacarığı;
• Riyazi təhliletmə, analitik düşünmə qabiliyyəti;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
• Səlis Azərbaycan və yüksək səviyyədə ingilis dilində oxumaq, yazmaq və danışmaq bacarığı;
• Təhlil və tənqidi düşünmə qabiliyyəti, təşəbbüskarlıq, detallara diqqətli, ünsiyyət qurma, kollektiv mühitində, habelə intensiv rejimdə işləmək bacarıqları.
Vəzifələr:
1. Strateji planlaşdırma çərçivəsində müxtəlif təhlillərin aparılmasında iştirak etmək;
2. Müxtəlif istiqamətlər üzrə tədqiqatların aparılması, qabaqcıl təcrübənin öyrənilməsi və əldə olunan məlumatların və biliklərin komanda üzvləri ilə bölüşdürülməsi;
3. Sahələr üzrə inkişaf etmiş təcrübələrin və bençmarkların mütəmadi izlənilməsi;
4. Qurumun illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında iştirak;
5. Xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramları (layihələri) əlaqələndirmək;
6. Statistik hesabat formalarının təkmilləşdirilməsi və statistik göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar fəaliyyət;
7. İnvestisiya layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirmək.
Anketlərinizi [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
CV göndərərkən mailin “subject” hissəsində “Strateji planlaşdırma və iqtisadi təhlil üzrə analitik” qeyd etməyi unutmayın.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.