Dövlət qurumu
Baş mühasib
Son tarix 03 iyl 2026 - [email protected]
İş yeri: Dövlət qurumu
İş barədə məlumat:
- Büdcə təşkilatının mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
- Büdcə vəsaitlərinin, smeta xərclərinin və maliyyə əməliyyatlarının düzgün uçotunu aparmaq;
- Xərclərin büdcə təsnifatı kodları üzrə düzgün əks etdirilməsinə nəzarət etmək;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanmasını təmin etmək;
- Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər məcburi ödənişlər üzrə hesablamalara nəzarət etmək;
- Müqavilə, akt, elektron qaimə, ödəniş sənədləri və digər maliyyə sənədlərini mühasibatlıq baxımından yoxlamaq;
- Debitor və kreditor borcların uçotunu aparmaq və üzləşmə işlərini təşkil etmək;
- Maliyyə hesabatlarının, dövri hesabatların və aidiyyəti qurumlara təqdim olunan məlumatların vaxtında hazırlanmasını təmin etmək;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və saxlanılmasını təmin etmək;
- Rəhbərliyə maliyyə-mühasibat məsələləri üzrə zəruri məlumat və hesabatlar təqdim etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki : Tam iş vaxtı, beşgünlük iş həftəsi;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı: 600–800 manat (net).
Vəzifəyə tələblər:
- Ali təhsil — maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya uyğun sahə üzrə;
- Mühasibatlıq sahəsində 1 il iş təcrübəsi;
- Büdcə təşkilatlarında və ya ictimai sektorda iş təcrübəsi üstünlükdür;
- İctimai sektor üzrə Peşəkar Mühasib Sertifikatının olması mütləqdir;
- Büdcə uçotu, smeta xərcləri, büdcə təsnifatı və maliyyə hesabatlılığı üzrə biliklər;
- Əmək haqqı və digər işçi ödənişlərinin hesablanması üzrə biliklər;
- MS Office proqramında işləmək bacarığı;
- Elektron hesabat və maliyyə-mühasibat sistemləri ilə işləmə bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına email-in mövzu hissəsində “Baş mühasib” yazaraq göndərə bilərlər.















