Dövlət qurumu
Hüquqşünas
Son tarix 01 mar 2023 - [email protected]
İş barədə məlumat:
- Hüquqi sənədlərin tərtib edilməsi
- Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında,həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək
- Xarici və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq
- Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlamaq
- Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək
- Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək
- Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq
Namizədə tələblər:
- Beynəlxalq hüquq və hüquq ixtisasları üzrə ali təhsil
- AR vətəndaşlığı
- 25-32 yaş
- İş təcrübəsi – 1-3 il
- Ali təhsil
- Hərbi mükəlləfiyyət (Müraciət edən şəxsin hərbi xidməti keçməsi mütləqdir!)
- Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir
Əmək haqqı: 3500 AZN.