İqtisadi təhlil və aktuar hesablamalar şöbəsinin müdiri
Son tarix 18 may 2022- [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
-
statistik məlumatların toplanması üçün nümunəvi formalar müəyyən edir;
-
həmin formaların dəqiq və müntəzəm doldurulmasına, o cümlədən saxlanmasına nəzarət edir;
-
nümunəvi formaların vaxtaşırı təhlilini, zərurət yarandıqda təkmilləşdirilməsini təmin edir;
-
aparılmış təhlillərin yekunu olaraq gələcək dövr üçün demoqrafik və iqtisadi göstəriciləri ilə bağlı rəhbərliyə hesabatlar və təqdimatlar təqdim edir;
-
qurumun gələcək dövrdə öhdəliklərini, həmçinin bu öhdəliklərin illər üzrə paylanmasını qiymətləndirmək məqsədi ilə müntəzəm olaraq hazırlanan və rəhbərliyə təqdim olunan hesabat formalarını müəyyən edir;
-
müntəzəm olaraq bu hesabat formalarının əhatəliliyini nəzarətdə saxlayır və onların təkmilləşdirilməsini təmin edir;
-
hesabatların müvafiq tezlikdə və dəqiqliklə proqram təminatı vasitəsi ilə hazırlanması üçün tabeliyində olan işçilərlə sistemli iş aparır;
Tələblər:
-
Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə və statistika ixtisasları üzrə);
-
Yaş həddi 28-50 aralığı;
-
“Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və digər müvafiq proqram təminatlarından istifadə bacarıqları;
-
Aktuar riyaziyyatı üzrə nəzəri biliklərə sahib olmalı;
-
Həyat sığortasının riyaziyyatına dair biliklərə sahib olmalı;
-
Yüksək təqdimat bacarıqları.
Di̇gər:
-
Əmək haqqı 3000 AZN;
-
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
-
İstirahət günləri: şənbə və bazar günləri;
-
Vakansiya üzrə müraciətin son müddəti: 1 may 2022-ci il
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İQTİSADİ TƏHLİL) qeyd edin.