İqtisadi analitik
Son tarix 11 fev 2022 - [email protected]
Tələblər:
-
Ali təhsil (Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üzrə);
-
MS Office proqramları ilə işləmək bacarığı (xüsusən Excel və Power Point);
-
Data təhlili və vizuallaşdırma proqramları ilə iş bacarığı üstünlükdür (Power BI, Tableau, Python və digər statistik analiz proqramları);
-
Yüksək səviyyəli riyazi və analitik biliklər;
-
Təhlil və tənqidi düşünmə qabiliyyəti, təşəbbüskarlıq, detallara diqqətli, ünsiyyət qurma, kollektiv mühitində, habelə intensiv rejimdə işləmək bacarıqları.
Öhdəliklər:
-
Müxtəlif istiqamətlər üzrə tədqiqatların aparılması, nəticələrə dair arayışların hazırlanması;
-
Detallı iqtisadi/maliyyə/qiymətləndirmə hesabatların hazırlanması;
-
Data analizi və vizualizasiya işlərinin görülməsi;
Digər məlumatlar:
Tam iş qrafiki - 5 gün (09 :00-18:00);
Əmək haqqı namizədə uyğun olaraq müsahibə əsasında razılaşdırılacaq (1000 - 3000 Azn)
Anketlərinizi elektron ünvanına göndərməyinizi xahiş edirik. CV göndərərkən mailin “subject” hissəsində “İqtisadi analitik” qeyd etməyi unutmayın.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.