Dövlət qurumu
Bərpa departamentinin müdiri
Son tarix 08 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;
- Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;
- Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;
- Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;
- Tabeliyində olan struktur bölmələrin fəaliyyətini koordinasiya etmək və s.
Namizədə dair tələblər:
- Sahə üzrə minimum 7 il iş təcrübəsi;
- İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr);
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 2880 AZN (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.