Dövlət qurumu
İnformasiya texnologiyaları şöbəsinin müdiri
Son tarix 15 okt 2023 [email protected]
Əmək haqqı: 2500 AZN.
Əsas öhdəliklər:
- Təşkilat üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir;
- Təşkilatın kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiya edilməsi və işlək vəziyyətdə saxlanmasını təmin edir, bu sahədə nəzarəti həyata keçirir;
- Təşkilatın kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı lisenziyalı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;
- Təşkilatın internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün optimal şəraitin yaradılmasını təmin edir;
- Təşkilatın kompüter istifadəçilərinə ümumi təyinatlı lisenziyalı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təşkil və təmin edir;
- Təşkilatın fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının parametrlərini müəyyən edir və texniki tələblərin müəyyən olunmasını həyata keçirir;
- Təşkilatın əməkdaşlarına vəzifə səlahiyyətlərinə uyğun olaraq informasiya sistemlərinə daxil olma hüquqlarının verilməsini təmin edir;
- Təşkilatın lokal və qlobal şəbəkələrinin yaradılması, dəstəklənməsi üzrə işləri yerinə yetirir, mütəmadi monitorinqlərin aparılmasını təmin edir;
- Təşkilatın informasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması, qəza hallarının və səhvlərin təsirinin azaldılması, eləcə də nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür, texniki vəsait olan təqdirdə sistemlərin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təşkil edir;
- Təşkilatda interneti və internet xidmətindən istifadəni təşkil edir, habelə elektron sənəd dövriyyəsinin fəaliyyəti ilə bağlı aidiyyəti tədbirlər görür;
- Təşkilatın inzibati binasına (xidməti sahəsinə) giriş-çıxış və video müşahidə sistemlərinin qurulmasında iştirak edir, həmin sistemlərin etibarlı fəaliyyətini təmin edir;
- Təşkilatın informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir;
- Təşkilatda mövcud olan lisenziyalı proqram təminatına, təşkilati texniki vasitələrə xidməti təşkil edir, onların işlək vəziyyətdə olmasını təmin edir;
- Təşkilatın əməkdaşlarına informasiya texnologiyaları sahəsində praktiki köməklik göstərir, proqram və texniki vasitələrin quraşdırılmasını təmin edir;
- Təşkilat üzrə proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemlərin həlli üzrə tədbirlər görür;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və təşkilatın rəhbərliyinə təqdim edir;
- Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
Ümumi tələblər:
- Təşkilatın siyasət və prosedurlarına uyğunluq;
- İstənilən təhqiqat məlumatı ilə təhlükəsiz və etibarlı davranış (bütün şöbələrlə əlaqəli);
- Proseslərin optimallaşdırılması üçün yenilik və tövsiyyələrin irəli sürülməsi;
- Vəzifə təlimatında göstərilən fəaliyyət istiqamətləri, üzərinə qoyulmuş öhdəliklər və həyata keçirə biləcəyi hüquqlar üzrə, habelə tapşırılmış işlə bağlı yerli qanunvericiliyə riayət etmək, bununla bağlı daima yerli qanunvericilikdən məlumatlı olmaq, qanun pozuntusuna yol verməmək, yol verdikdə isə buna görə məsuliyyət daşımaq.
- Təşkilatın daxili prosedur qayda və təlimatları ilə tanış olmaq, onlara riayət etmək (xüsusilə intizam və etik davranış, maraqlar münaqişəsi, media siyasəti, məxfilik üzrə qayda və təlimatlara ciddi əməl etmək).
- Təşkilatın fəaliyyəti ilə əlaqədar apardığı siyasətə, təşviq etdiyi prinsiplərə və icra etdiyi strategiyaya zidd əmələ yol verməmək, həmin siyasət, prinsip və strategiyanı dəstəkləmək (Təşkilatın yerli və beynəlxalq nüfuzuna xələl gətirəcək və ya nüfuzunu aşağı salacaq əmələ yol verməmək).
- Rəhbərliyin öz səlahiyyəti hüdudunda verdiyi əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək
- Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmaq və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək
- Lazım gəldikdə öz fəaliyyəti hüdudunda rəhbərliyin göstərişi ilə əlavə iş görmək.
- Dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən əmək müqaviləsinə xitam verildikdən sonra da saxlamaq.
- Vəzifəsini vicdanla yerinə yetirmək, tapşırılmış və ya öhdəliyində olan iş üzrə bütün zəruri addımları atmaq, keyfiyyətli nəticəyə nail olmaq, işi natamam saxlamamaq.
- ISO 9001:2015 standartına riayət etmək.