Publik hüquqi şəxs
Əmək haqqı şöbəsinin müdiri
Son tarix 07 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək,
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
- Şöbə əməkdaşlarının əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Əməyin haqqı ilə bağlı bütün hesablamaları (məzuniyyət, kompensasiya, son haqq-hesab, xəstəlik vərəqəsi, ezamiyyə və s.) yoxlamaq və təhlilini aparmaq;
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 5 illik analoji iş təcrübəsi, rəhbər vəzifədə 2 illik təcrübə
- Əmək qanunvericiliyini mükəmməl bilməli
- Vergi uçotu və vergi qanunvericiliyinin tələblərini təmin etmək
- PMS və Beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir
- Excel və 1C proqramı ilə yüksək işləmək bacarığı
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı: 2000 AZN NET
Mühasibat uçotu, hesabat və təhlil şöbəsinin müdiri
Son tarix 07 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, inventarizasiyanın aparılmasını təmin etmək;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
- Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək;
- Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək;
- Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
- Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.
Tələblər:
- Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- MHBS standartlarını yüksək səviyyədə bilmək (ACCA və PMS sertifikatları olanlara üstünlük verilir);
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
Tələb olunan nəzəri biliklər:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı: 2000 AZN NET