Aqrar İnnovasiya və Təchizat Şirkəti - Aparıcı mühasib
Son tarix 11 fev 2022 - [email protected]
Ünvan: Nərimanov ray., Çinar Park Biznes mərkəzi.
Əmək haqqı: 1600 – 1800 (NET)
İş qrafiki: 5 günlük (08:30-17:30), 6-ci gün növbəli iş qrafiki
Vəzifə öhdəlikləri:
-
Mühasibat hesabının müxtəlif hesabları üzrə əməliyyatların yerinə yetirilməsi;
-
Qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
-
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
-
Debitor və kreditor ilə hesablaşmaların qeydiyyatının aparılması;
-
İşçilərin əmək haqqlarının və digər ödənişlərin aparılması;
-
Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim olunması;
-
Dövlət büdcəsinə olan ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitlərin köçürülməsi;
-
Əvvəlki sənədlərin hesab sənədlərinə uyğun qəbulunu və nəzarəti və s. ;
Namizətlərə tələblər:
-
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
-
3 ildən 5 ilədək mühasibatlıq sahəsində təcrübə;
-
Yaş həddi 25-35;
-
Microsoft Office proqramlarından xüsusilə də Excel proqramından yüksək istifadə bacarığı;
-
Məsuliyyətlilik, dəqiqlik, etibarlılıq kimi yüksək göstəricilərə sahib olmalı;
-
Güclü ünsiyyət və komandada işləmək bacarığı;
-
Yüksək səviyyədə vergi qanunvericiliyi biliyi;
-
1 C(8.3) proqramından istifadə bacarığı;
Minimum tələbləri qarşılayan namizədlər yenilənmiş CV-lərini email adresinə mövzu yerində “Aparıcı mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.