Dövlət qurumu
Həkim
Son tarix 06 noy 2023 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Müalicə və diaqnostika prosesinin düzgün dəyərləndirilməsi;
- Sənədləşmənin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlanılması;
- Daxili normativ akt və digər sənədlərə ilkin rəyin verilməsi;
- Keçirilən müayinə iclaslarında iştirak;
- Tələb olunan cavab məktublarının hazırlanması;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin və tapşırıqların peşəkar səviyyədə və vaxtında icra edilməsi;
- Qurumun daxili intizam və etik davranış qaydalarına riayət etmək.
Tələblər:
- Ali tibbi təhsil;
- İxtisası üzrə ən azı 2 il əmək stajı;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak və sertifikat;
- Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək və digər normativ hüquqi aktları barədə məlumatlı olmaq;
- MS Office komputer proqramından sərbəst istifadə etməyi bacarmaq.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı: 1800-2200 AZN-dək
- Təminatlar: İllik performans göstəricilərinə uyğun mükafat sistemi.
Müraciət qaydaları mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.