Dövlət qurumu
İcbari şəxsi sığorta məsələləri üzrə böyük mütəxəssis
Son tarix 25 may 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxil olmuş müraciətlərin araşdırılması, təhlili və şikayətlərin aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması;
- Vətəndaşlar tərəfindən ünvanlanmış şikayət və təkliflərin qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılması;
- Sığorta ödənişləri ödənilən şəxslərin müraciəti əsasında onlara müvafiq arayışların hazırlanması;
- Sığorta hadisələrinin qeydiyyatının aparılması, sənədlərin yoxlanılması, təyinat sənədlərinin hazırlanması;
- Sığorta aktlarının və imtina məktublarının tərtib edilməsi;
- Müvafiq məlumatlar əsasında analitik və statistik təhlillərin aparılması və hesabatların hazırlanması;
- Təyinat aparılan sığorta hadisələri üzrə uçotun aparılması;
- Qurumlardan daxil olan hesabat əsasında sığorta haqlarının uçotunun aparılması;
- Sığorta haqları üzrə aylıq, rüblük və illik proqnozların hazırlanması;
- Sığorta haqları üzrə aktuar hesablamaların aparılması.
Tələblər:
- Hüquq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə, audit və ya müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ-hüququ aktlar üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
- Aktuar hesablamalar aparmaq bacarığı;
- Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- İngilis və rus dili bilikləri üstünlükdür;
- İşgüzar yazışmalar aparma bacarığı;
- Səlis danışıq bacarığı;
- Operativlik;
- Problem həll etmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Planlama və zamanın idarəolunması.
Digər:
- Əmək haqqı: 1700 – 2000 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Vakansiya üzrə müraciətin son tarixi: 24.05.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İcbari şəxsi sığorta məsələləri üzrə böyük mütəxəssis) qeyd edin.