Dövlət qurumu
Beynəlxalq əlaqələr üzrə böyük / baş mütəxəssis
Son tarix 25 okt 2022
Vəzifə öhdəlikləri:
- Müəssisənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri həll etmək;
- Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
- Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;
- Rəhbərliyin iştirak etdiyi tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
- Müəssisənin adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
- Beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər təqdim etmək;
- Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;
Tələblər:
- Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, regionşünaslıq, iqtisadiyyat ixtisasları üzrə ali təhsil
- Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsi
- Səlis Azərbaycan dili biliyi
- Mükəmməl səviyyədə ingilis və ya rus dili biliyi
- Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı
- İşgüzar yazışmaların aparılması bacarığı
- Analitik düşünmə bacarığı
- Problem həlletmə bacarığı
- Planlama və zamanın idarəolunması
- Punktuallıq və çeviklik
Digər:
- İşin xüsusiyyətləri ilə əlaqədar bəy namizədlərin müraciət etmələri xahiş olunur.
- Əmək haqqı: 1700 - 1900 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
Vakansiya üzrə müraciətin son tarixi: 24.10.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr üzrə böyük/baş mütəxəssis) qeyd edin. CV-lərə mütləq şəkil əlavə edilməsi xahiş olunur.