Dövlət qurumu
Marketinq Meneceri
Son tarix 04 okt 2023 - [email protected]
Funksiya: Partnyorlarla iş və layihələr departamenti (Dövlət qurumu)
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşin təsviri: Korporativ şirkətlərlə əlaqələrin inkişafı və satışa dəstək istiqamətində qısa və uzun dövrlü B2B marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə funksiyaları:
- Xidmətlərimizin kommunikasiya ilə bağlı şirkətlər istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Əlaqələrin inkişafı üçün və satışa dəstək ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni xidmətlərin araşdırılıb, bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və satış əməkdaşlarının performansını təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Qurumun və Xidmət performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- B2B tədbirdlərdə iştirak və kommunikasiyanın idarə edilməsi
- Əməkdaşların performanslarının analiz edilməsi və rüblük KPİ -ların təyin edilməsi
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, yeni ideyaların hazırlanması
Vəzifə tələbləri:
- Ali təhsil;
- Minimum 3 il marketinq, kateqoriya idarəetmə və ya biznesin inkişafı sahəsində iş təcrübəsi
- Marketinq və bazar araşdırması prinsiplərini dərindən bilmək;
- Excel və təqdimat bacarıqları
Əmək haqqı: 1500-1900 AZN
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Marketinq meneceri“ qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.