Maliyyə üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 11 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşdırma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Pul vəsaitlərinin hərəkəti üzrə proqnoz məlumatlarının hazırlanması
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Balans, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Proqnoz planlarının icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların icmallaşdırılması, rəhbərliyə təqdim olunması;
- Maliyyə xarakterli və məzmunli müraciətlərin rəsmi tələblərə müvafiq hazırlanması
- Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması
Tələblər:
- Maliyyə/Mühasibatlıq ixtisasları üzrə ali təhsil;
- Müvafiq sahə üzrə (Maliyyə planlaması, maliyyə nəzarəti, hesabatlılığın təmin olunması və s.) 3-5 il iş təcrübəsi;
- “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
- Maliyyə sahəsində əhatəli nəzəri biliklər;
- Dövlət maliyyəsi sahəsində biliklər;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər(ACCA, CFA, CIMA ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzuolunandır);
- Statistik və riyazi – iqtisadi biliklər;
- Səlis səviyyədə Azərbaycan dili;
- İngilis və ya rus dili bilikləri üstünlükdür;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmə bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Operativlik;
- Problem həll etmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Planlama və zamanın idarəolunması.
Digər:
- Əmək haqqı: 1400 – 1800 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Vakansiya üzrə müraciətin son tarixi: 10.11.2022
Vakansiyalar barədə məlumatı ən tez bizim T