Dövlət qurumu
Müqavilələr üzrə mütəxəssis
Son tarix 09 fev 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Müqavilə danışıqlarının aparılması;
- Müqaviləyə əlavələrin hazırlanması;
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Potensial podratçılarla müqavilə və kommersiya şərtləri ilə bağlı danışıqların aparılması;
- Müqavilələrə əsasən ödənişlərin izlənməsi və gecikmələr barədə rəhbərliyin məlumatlandırılması
- Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
- İddiaların qarşısının alınması/idarə edilməsi və iddiaların qarşısının alınması prosesində iştirak;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıq və göstərişlərin icra edilməsi;
Namizədə Dair Tələblər:
- Oxşar sahədə ən azı 3 il iş təcrübəsi;
- Humanitar (hüquq,iqtisadiyyat, biznesin idarə olunması, beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
- Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
- Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək bacarığı;
Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı; - Bazarı təhlil etmə bacarığı;
- Yüksək analitik və peşəkar ünsiyyət, həmçinin danışıqların aparılma bacarıqları;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi, rus və ingilis dilləri biliyi üstünlükdür;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1800 – 1400 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Müqavilələr üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələr üzrə koordinator
Son tarix 09 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Hər bir verilmiş layihənin tələb və məqsədlərinə uyğun olaraq layihə fəaliyyətlərinin əvvəldən sona qədər icra planının, cədvəlinin, və lazımi meyarların hazırlanması və rəhbəliklə razılaşdırılması;
- Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların, və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
- Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
- Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq önləyici tədbirlrin görülməsi;
- Hər bir layihə üzrə görülmüş işlərin gündəlik ətraflı hesabatının verilməsi;
- Layihənin icrası zamanı layihə iştirakçılarının, iş icraçılarının layihənin bağlanmasını əks etdirən sənədlərin hazırlanması və təhvil-təslim prosesinin təmin edilməsi;
- Layihə rəhbərliyi işlərinin koordinasiya edilməsi.
Namizədə dair tələblər:
- Tikinti sahəsində layihə koordinatorluğu üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi
- Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- İşçilər, müştərilər, və vendorlar ilə düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Bir neçə layihə və ya tapşırığa eyni zamanda nəzarət edə bilmə bacarığı;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Cizgiləri və texniki sənədləri oxuya bilmək səviyyəsində xarici dil bilikləri;
- Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1900 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Layihələr üzrə koordinator” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Memar
Son tarix 09 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
- Layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılması;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasının təmin edilməsi;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi;
- Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması;
- Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
Namizədə dair tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Memarlıq sahəsi üzrə ali təhsil
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihələndirmənin metodları bilikləri və layihə işlərinin təşkili və planlaşdırılma bacarıqları;
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarda səlis işləmə bacarığı;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1800 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Memar” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
SMM (Sosial Media Marketinqi) mütəxəssis
Son tarix 09 fev 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- SMM strategiyasının hazırlanması – hədəf auditoriyanın müəyyən edilməsi və onun maraqlarının öyrənilməsi;
- Sosial şəbəkələrdə hesabların yaradılması və idarə olunması;
- Dövlətə dair rəsmi çıxışların, sosial hesablardakı paylaşımların, sərəncam və əmrlərin daim izlənməsi və paylaşılması;
- Bayram və anım günlərində, əlamətdar hadisələr barədə xüsusi postların operativ şəkildə hazırlanıb yayımlanması;
- Mütəmadi olaraq KİV və sosial şəbəkələrin monitorinqinin həyata keçirilməsi və təhlilin aparılması;
- Kontent və postların hazırlanması (foto, video, mətn);
- Paylaşımların vaxtında və qüsursuz şəkildə yayımlanması;
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə Dair Tələblər:
- Ali təhsil (Marketinq, iqtisadiyyat)
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Komandada işləmək və təşkilatçılıq bacarığı;
- Peşəkar səviyyədə təqdimat və ünsiyyət və bacarığı;
- Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi, rus və ingilis dilləri biliyi üstünlükdür;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1400 AZN
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “SMM mütəxəssis” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.