Dövlət qurumu
736
Təchizat müqavilələri üzrə mütəxəssis
Son tarix 23 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma müqavilələrinin hazırlanması, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, reyestrinin aparılması;
- Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilmiş vəzifə funksiyalarına uyğun digər tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Müqavilələrin idarə olunması sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- “Dövlət satınalmaları” haqqında qanuna dair biliklər;
- Satınalmaların idarə olunmasına dair biliklər;
- Mükəmməl Azərbaycan dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə işləmə bacarığı;
- Problem həll etmə bacarığı;
- Məlumatlarla işləmə bacarığı;
- Operativlik.
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Əmək haqqı: 1400 – 1700 AZN (Net).
Maliyyə üzrə baş mütəxəssis
Son tarix 23 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşdırma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Pul vəsaitlərinin hərəkəti üzrə proqnoz məlumatlarının hazırlanması
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Balans, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Proqnoz planlarının icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların icmallaşdırılması, rəhbərliyə təqdim olunması;
- Maliyyə xarakterli və məzmunli müraciətlərin rəsmi tələblərə müvafiq hazırlanması
- Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması
Tələblər:
- Maliyyə/Mühasibatlıq ixtisasları üzrə ali təhsil;
- Müvafiq sahə üzrə (Maliyyə planlaması, maliyyə nəzarəti, hesabatlılığın təmin olunması və s.) 3-5 il iş təcrübəsi;
- “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
- Maliyyə sahəsində əhatəli nəzəri biliklər;
- Dövlət maliyyəsi sahəsində biliklər;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər(ACCA, CFA, CIMA ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzuolunandır);
- Statistik və riyazi – iqtisadi biliklər;
- Səlis səviyyədə Azərbaycan dili;
- İngilis və ya rus dili bilikləri üstünlükdür;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmə bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Operativlik;
- Problem həll etmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Planlama və zamanın idarəolunması.
Digər:
- Əmək haqqı: 1400 – 1800 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Vakansiya üzrə müraciətin son tarixi: 03.02.2023
Smeta mühəndisi
Son tarix 17 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək.
- Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul etmək və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə etmək, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq.
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək.
- Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlamaq.
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq.
- Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərmək.
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
- Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlamaq.
- Onların arxivdə saxlanmasını təmin etmək. Müəyyən edilmiş forma üzrə hesabatları tərtib etmək.
Namizədə dair tələblər:
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
- Müvafiq sahə üzrə ali təhsilli;
- Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1900-1400 AZN (net)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Graphic&Motion Dizayner
Son tarix 23 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Qurumun fəaliyyəti ilə bağlı korporativ və promo materialların dizayn işlərinin yerinə yetirilməsi;
- Korporativ məhsulların dizayn edilməsi;
- Sosial media hesabları üçün postların dizayn edilməsi;
- Qurumun veb saytı üçün bannerlərin hazırlanması;
- Daxili çap məhsullarının hazırlanması;
- Animasiya, hərəkətli postların hazırlanması;
- Təqdimatların hazırlanması və hazırlanmış təqdimatların dizayn edilməsi;
- Fotoların və videomaterialların dizayn tərtibatı.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere, Adobe Indesign proqramlarında mükəmməl işləmə bacarığı;
- Animasiyanın yaradılması və videodizayn edilməsi;
- Bədii zövq və dizaynın müasir trendləri barədə məlumatlı olmaq;
- Bir neçə tapşırığı idarə edə bilmə bacarığı;
- Detallara diqqət və təhlil;
- Yüksək ünsiyyət qurma və komandada işləmə;
- Operativlik.
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Əmək haqqı: 1400 – 1800 AZN (Net)
- Qeyd: Vakansiyaya müraciət edərkən CV ilə yanaşı portfolionun əlavə edilməsi tələb olunur.