Dövlət qurumu
Satınalma üzrə mütəxəssis
Son tarix 05 okt 2025 - Müraciət et
Əmək funksiyası:
- Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
- Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
- Tender protokollarını hazırlamaq;
- Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
- Cəmiyyətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
- Tender prosesində şirkəti təmsil etmək;
- Cəmiyyətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, iştirakçıların qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə Cəmiyyətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq;
- Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
- Müştəri bazasını genişləndirmək;
- Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Müvafiq sahədə (Satınalmalar üzrə) 2-5 il iş təcrübəsi;
- “Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
- Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
- Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət Satınalmaların Təşkili və İdarə olunması barədə).
Digər zəruri tələblər
- Komanda ilə işləmək bacarığı;
- Analitik təhlil;
- Dəqiqlik;
- Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
- Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- Əmək haqqı 1400 AZN – 1600 AZN
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “Satınalmalar üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.