Dövlət qurumu
Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 29 sen 2024 -
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.
Arzu olunan bilik və bacarıqlar:
- Dövlət satınalma haqqında Azərbaycan Respublikasının 14 iyul 2023-cü il № 988-VIQ qanununu bilməlidir;
- etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməlidir;
- Azərbaycan Respublikasının 8 dekabr 2023-cü il tarixli 1051-VIQ nömrəli qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsini bilməlidir;
- Açıq tender, kotirovka, bir mənbə və s. satınalma prosedurunu icra etməyi bacarmalıdır;
- Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;
- İngilis və rus dillərində ünsiyyət bacarığı üstünlükdür.
İş şərtləri:
- İş vaxtı: həftədə 5 gün 09:00-dan 18:00-dək;
- Əmək haqqı: 1000-1500 AZN
Vəzifə öhdəlikləri
- Şöbəyə daxil olan sənədləri qəbul edilməsini və müvafiq qaydada (katiblikdə) qeydiyyatının aparılmasını təmin etmək, aidiyyatı üzrə icraçılara təqdim etmək;
- Açıq Tender, Kotirovka, Bir mənbə və s. şərtlər toplusunun (daxil olmuş təqdimatdakı tələb olunan uyğunluq meyyarlarına əsasən) hazırlanmasını həyata keçirmək;
- Açıq Tender, Kotirovka, Bir mənbə və s. digər satınalma proseduru ilə bağlı yazışmaların aparılmasını yerinə yetirmək;
- İcra olunmuş sənədləri aidiyyəti üzrə göndərmək;
- Şöbənin təşkilati işlərini yerinə yetirmək, struktur bölmələrdən şöbənin funksiyalarına dair sənədləri toplamaq, hər hansı çatışmazlıq barəsində şöbə müdirinə məlumat vermək;
- Şöbənin funksiyalarının həyata keçirilməsi ilə bağlı təqdimat, akt, protokol və digər sənədlərin hazırlanmasında iştirak etmək;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasına riayət etmək;
- Müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədi ilə rəhbərlik tərəfindən verilən tapşırıqların, həmçinin qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsinin icrasının təmin edilməsi məqsədilə peşə-ixtisas dərəcəsinə uyğun olaraq işləri icra etmək.
Maraqlanan namizədlər mövzu yerində “Təchizat üzrə aparıcı mütəxəssis” yazmaqla öz CV-lərini qeyd edilən e-mail ünvanına göndərə bilərlər