"Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu
Kadrlar üzrə mütəxəssis
Son tarix 02 dek 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
- Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların tərtib edilməsi və İnsan resursları departamentinə təqdim edilməsi.
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- Tikinti və layihələndirmə sektorunda təcrübə arzu olunandır;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Minimal iş təcrübəsi – 1-3 il;
Əmək haqqı: 1000-1500 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Kadrlar üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
E-mail: [email protected], CC- [email protected].