Dövlət qurumu
Hüquqşünas
Son tarix 15 mar 2023 - [email protected]
Tələblər:
- Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- İş stajına dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ən azı 2 il iş stajı (dövlət orqanlarında staj arzuolunandır);
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə yüksək səviyyədə;
- Dil tələbləri: Azərbaycan dilində mükəmməl danışıq (rus və ingilis dilləri arzuolunandır);
- Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki və İnzibati prosessual qanunvericiliyini, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarını mükəmməl bilməlidir;
- Yüksək qavrama, öyrənmə qabiliyyətinə və komandada işləmək bacarığına malik olmalı, məsuliyyətli, dəqiq və detallara diqqət etməli, hüquqi analiz qabiliyyəti yüksək səviyyədə olmalıdır;
- Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.
Vəzifə funksiyaları:
- Sığorta ödənişinin tam və ya qismən verilməsi və ya verilməməsindən imtina barədə məktubların və digər hüquqi sənədlərin hazırlanması
- Hadisələrin tənzimlənməsi ilə əlaqədar aidiyyəti şöbələrdən daxil olmuş sənədlərə hüquqi rəyin verilməsi;
- Azərbaycan Respublikasının məhkəmələrində qurumun hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə baxılan işlər barədə məruzə etmək;
- dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və tədbirlər görmək;
- qurumun qanunvericilik bazasının formalaşdırılmasında, mütəmadi olaraq təkmilləşdirilməsində və yenilənməsində, hüquqi təminat işinin aparılmasında iştirak etmək;
- qurumun fəaliyyəti ilə bağlı mülki, idarələrarası, satınalma və s. xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək, belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- normativ hüquqi aktlarda quruma həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici aktlarda nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) icrasını, o cümlədən Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətlərinə üzrə uyğun olaraq qeyd olunmuş tədbirləri həyata keçirmək;
- Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
- qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
- Rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasında iştirak etmək;
İş şəraiti:
- Stabil iş;
- Əmək haqqı razılaşma yolu ilə;
- İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək;
- İşə qəbul ediləcək şəxs tibbi sığorta ilə təmin edilir, ailə üzvlərinə isə güzəşt tətbiq edilir.
Uyğun namizədlərdən CV-lərini elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.
Satınalma şöbəsində aparıcı mütəxəssis
Son tarix 14 mar 2023 - [email protected]
İş Yeri: Bakı şəhəri
İş Rejimi: 5 gün
Sığorta: İcbari
Namızədə tələblər:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
Xüsusi biliklər:
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- etender.gov.az portalından istifadə edə bilməli;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
- Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.
İşin qısa təsviri:
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi
Vəzifə öhdəlikləri:
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi
- Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
- İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
- Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
- Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
- Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması.
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması.
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
- Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək
- Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
- Xərclərin azaldılması məqsədilə təkliflər vermək
- Agentliyin büdcə layihəsinin hazırlanmasında iştirak etmək
Əmək haqqı razılaşma əsasında;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.