State Programme 2019 - 2023
Maliyyə mütəxəssisi
Son tarix 29 may 2023 [email protected]
Vəzifə haqqında məlumat:
Maliyyə mütəxəssisi vəzifəsinin icrası İdarəetmə Qrupunun fəaliyyətinin, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin təşkilindən ibarətdir.
Öhdəliklər:
- Dövlət Proqramının fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi, maliyyə - iqtisadi təhlillərin aparılması;
- Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
- Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının və xaricdə bakalavriat, magistratura və doktorantura təhsilinin icrası və Dövlət Proqramı İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı büdcənin, gəlir və xərclər smetasının hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı maliyyə ili və növbəti illər üçün büdcə proqnozunun hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı İctimai Sektor üçün Mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun təşkili və aparılması;
- Dövlət Proqramının icrası ilə bağlı Büdcə sistemi haqqında Qanuna əsasən rüblük və illik hesabatların, həmçinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması;
- Dövlət Proqramına və Dövlət Proqramı İdarəetmə Qrupuna aid olan aylıq, rüblük, illik bəyannamələrin və hesabatların (vergi, sosial sığorta, statistika və s.) hazırlanmasında iştirak etmək;
- Maliyyə sənədlərinin yoxlanılmasında, ödənişlərin həyata keçirilməsində iştirak etmək;
- Malların (iş və xidmətlərin) satınalınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun satınalma prosedurunun həyata keçirilməsi və müqavilələrin hazırlanması;
- Dövlət Proqramı İdarəetmə Qrupuna daxil olan maliyyə xarakterli məktubların icrası.
Tələblər:
- Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyatın tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil;
- Büdcə təşkilatında minimum 2 il iş təcrübəsi;
- Elektron Maliyyə proqramlarını işlətmə bacarığı;
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) – yüksək səviyyədə
- Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə. Qeyd edilən dillər üzrə şifahi və yazı qabiliyyətinə sahib olma;
- Yüksək ünsiyyət və kollektivdə iş bacarığı;
- Təşkilati bacarıqlar;
- Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Maliyyə mütəxəssisi” göstərilməklə elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 28.05.2023-cü il