STRUKTURUN ADI: Şəki-Zaqatala Regional Məşğulluq Filialı
VAKANT VƏZİFƏ: Şöbə müdiri (müxtəlif istiqamətlər üzrə)
ƏMƏK HAQQI: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- İşaxtaran və işsiz vətəndaşların qəbul edilməsi və onlara sosial müdafiə sahəsində Dövlət Məşğulluq Agentliyinin göstərdiyi xidmətlər haqqında məlumatlar verilməsi, müraciət edən vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsinə nəzarət edilməsi;
- İşədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərlə əlaqəli fəaliyyət göstərilməsi;
- İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkalarının təşkil edilməsi;
- Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görülməsi;
- Vakansiya bankının mütəmadi olaraq təhlil edilməsi, boş olan və yeni yaradılan iş yerlərinin vakansiya bankına daxil edilməsi üçün işəgötürənlərlə danışıqların aparılması;
- Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi;
- Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasına nəzarət edilməsi və rəhbərliyə təqdim edilməsi.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: Rəhbər vəzifədə ən az 3 il iş təcrübəsi ;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- İdarəetmə;
- Qərar vermə;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Şəki-Zaqatala üzrə şöbə müdiri” qeyd etməklə [email protected] email ünvanına göndərmələri xahiş olunur.