Dövlət Holdinqi
Təşkilati inkişaf üzrə baş mütəxəssis
Son tarix 28 dek 2024 - [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyaları:
- Təşkilat üzrə istedadların idarəedilməsinin effektiv şəkildə təmin edilməsi;
- Xidməti fəaliyyətinin qiymətlədirilməsi fəaliyyətinin həyata keçirilməsi:
- İşçilər üçün məqsədlərin müəyyən edilməsi, məqsədlərlə bağlı əsas səmərəlilik göstəricilərinin (ƏSG) təyin olunması;
- İl sonunda məqsədlərlə bağlı nəticələrin qiymətləndirilməsi;
- İllik fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə uyğun olaraq əməkdaşların əldə edəcəkləri mükafat miqdarının hesablanması.
- Təşkilatın Səriştə modelinin hazırlanması və inkişaf etdirilməsi;
- Vəzifə təlimatlarının hazırlanması və ehtiyac yarandıqda onlara lazımi dəyişikliklərin edilməsi;
- Təşkilatın əməkdaşlarından daxil olan səmərələşdirici təkliflərin toplanması, qiymətləndirilməsi, təklifi verən əməkdaşların mükafatlandırılması;
- Təlim və inkişaf fəaliyyətlərinin icra edilməsi:
- Əməkdaşların təlim ehtiyacının müəyyənedilməsi;
- Daxili və ya xarici təlimçilər vasitəsilə təlimlərin planlanması və təşkil edilməsi;
- Təlimlərin nəticələrinin qiymətəndirilməsi və təhlil edilməsi.
- Müxtəlif növ təlimlərin təşkili üçün hazırlanmış tədris-mövzu planları layihələrinin qiymətləndililməsi;
- Daxili təlimçi proqramının həyata keçirilməsi;
- Təcrübəçi proqramının həyata keçirilməsi;
- Təşkilatda əməyin ödənilməsi sisteminin qurulması (əmək haqqı və ona əlavələrin müəyyənləşdirilməsi) və nəzarət edilməsi;
- Dövrü və spesifik hesabatların hazırlanması.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum)- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası- İqtisadiyyat, Biznesin təşkili və s.
- İş təcrübəsi (minimum)- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri- Azərbaycan dili. Rus və ingilis dili arzuolunandır
- Kompüter bilikləri- Microsoft Office proqramlarını
- Sertifikat/Vəsiqə - Beynəlxalq insan resursları sertifikatlarının (SHRM, HRCI, CIPD) olması üstünlükdür
- Digər zəruri tələblər- Data analitika, Power BI bilməsi üstünlükdür
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Nəticə yönümlülük Dəyişikliklərə uyğunlaşmaq
- Komanda ruhu Data analitika
- Kommunikasiya Layihələri idarə etmək
- Problem həll etmək Prosesləri idarə etmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Təşkilati inkişaf üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.