Azerbaijan Energy Regulatory Agency
Regionlar üzrə - Qaz Müfəttişi
Son tarix 26 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
- Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
- Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
- Layihə sənədlərinin ekspertizasını keçirir;
- Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
- Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
- İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
- Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Yaş həddi 25-45 aralığı
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yeri: Regionlar üzrə
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Qaz müfəttişi) qeyd edin.
Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas
Son tarix 26 yan 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
- İcraatına daxil olan Azərbaycan, ingilis və ya rus dillərində sənədlərin müvafiq sahədə hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq Azərbaycan və rus və ya ingilis dillərində arayışlar hazırlayır, təklif və rəylər verir;
- Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda hüquqi ekspertizasını keçirdiyi sənədlərə viza verir;
- Müvafiq sahə üzrə yaradılan işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
- Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində hüquqi yardım göstərir;
- Şöbə müdirinin göstərişi ilə müvafiq sahədə hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.
Tələblər:
- Ali təhsil (hüquqşünaslıq);
- İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar bilik və bu sahələrdən birində və ya bir neçə üzrə təcrübəyə malik olmalı;
- Qanunvericilik texnikasını bilməli və bu sahədə təcrübəyə malik olmalı;
- Yaş həddi 25-45 aralığı
- İxtisası üzrə azı 4 il iş stajı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
- Azərbaycan dilini səlis, ingilis dilini B1 səviyyəsində bilməli, rus dili arzuolunandır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas) qeyd edin.
Sektor müdiri (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru)
Son tarix 26 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
- Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir;
- Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;
- Müvafiq sahənin səmərəli fəaliyyətini və istehlakçılara aşağı tariflə (qiymətlə) yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləyir;
- Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
- Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;
- Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
- Enerji sahəsində iqtisadi, tarif və statistika siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirilməsi ilə bağlı tədbirlər görür;
- Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir.
Tələblər:
- “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 25-40 aralığı;
- Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
- Azərbaycan dilini səlis, ingilis dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik olmalıdır;
- İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır
- ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri) qeyd edin.
Hüquqi təminat və təhlil şöbəsi – Böyük hüquqşünas
Son tarix 26 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müvafiq sahədə normativ hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin təşkilati-sərəncamverici aktlarının layihələrini və layihəyə əlavə olunan sənədləri hazırlayır, yaxud hazırlanmasında iştirak edir;
- icraatına daxil olan sənədlərin hüquqi ekspertizasını keçirib rəy verir;
- icraatına daxil olan sənədlərə viza verir;
- İşçi qruplarda, habelə beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə görüşlərdə iştirak edir;
- İcraatına daxil olan sorğuların cavablandırılması üçün yazılı və (və ya) şifahi arayışlar, hesabatlar və rəylər verir, o cümlədən xarici qanunvericiliyin araşdırmasını həyata keçirir;
- Şöbə müdirinin göstərişinə əsasən digər hüquqşünasların verdiyi rəy və təklifləri ümumiləşdirir;
- Vəzifəsi üzrə şöbə müdiri və ya şöbə müdirinin müavini tərəfindən verilən digər göstərişləri yerinə yetirir;
Tələblər:
- Ali təhsil (hüquqşünaslıq);
- İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar bilik və bu sahələrdən birində və ya bir neçə üzrə təcrübəyə malik olmalı;
- Qanunvericilik texnikasını bilməli və bu sahədə təcrübəyə malik olmalı;
- Yaş həddi 25-45 aralığı
- İxtisası üzrə azı 3 il iş stajı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
- Azərbaycan dilini səlis, ingilis dilini B1 səviyyəsində bilməli, rus dili arzuolunandır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Böyük hüquqşünas) qeyd edin.