İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Statistika və hesabatlar şöbəsinin məsləhətçisi/baş məsləhətçisi
Son tarix 16 yan 2024 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (səhiyyənin təşkili, tibb və sosial istiqamətlərdə);
- Sahə üzrə minimum 1-3 il iş təcrübəsi (vəzifədən asılı olaraq);
- Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı);
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və komandada işləmə bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, təkliflər vermək;
- İcbari tibbi sığorta sisteminin müvafiq sahələri üzrə məlumatlar toplamaq və vahid məlumat bazası yaratmaq;
- Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın tətbiqi və inkişafı üzrə təkliflər vermək;
- Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə statistik analizlərin aparılması;
- Təhlil edilmiş məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15.01.2024-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələrin idarəolunması şöbəsinin baş məsləhətçisi
Son tarix 16 yan 2024 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə olması üstünlükdür);
- Layihələrin idarəolunması sahəsində minimum 4 il iş təcrübəsi;
- Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi arzuolunandır;
- PMP və ya digər oxşar sertifikatların olması üstünlükdür;
- Agile, Waterfall və digər layihələrin idarəolunması metodologiyalarından istifadə təcrübəsi;
- Yaxşı səviyyədə İngilis dili biliyi;
- MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Vaxtın və resursların idarə olunması bacarığı;
- Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.
Görəcəyiniz işlər:
- Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi;
- Layihə sənədlərinin, icra planlarının hazırlanmasına, resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;
- Layihələrin texniki-iqtisadi əsaslandırmasının və ssenarilər üzrə təhlilinin həyata keçirilməsi;
- Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi;
- Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15.01.2024-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.