İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Səhiyyə iqtisadiyyatı şöbəsinin məsləhətçisi
Son tarix 29 noy 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Səhiyyə, maliyyə, statistika, iqtisadiyyat sahələri üzrə);
- Maliyyə, iqtisadiyyat, səhiyyə və ya idarəetmə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
- Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Təşəbbüskar, aktiv, komandada işləmək və vaxtın idarə olunması bacarığı;
- İnduktiv və analitik təhlil bacarığı;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Yaxşı səviyyədə ingilis dili biliyi.
Görəcəyiniz işlər:
- Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
- Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
- İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
- Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
- Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 28.11.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Anbar uçotu üzrə mütəxəssis
Son tarix 29 noy 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Anbarda materialların hərəkəti, mühafizəsi, uçot qaydasını və müvafiq sənədlərin rəsmiləşdirilməsi qaydası barədə biliklər
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Malların qəbulu və ixracını təmin etmək;
- Anbara verilən sorğuların vaxtında cavablandırılması;
- Malların anbara qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Anbarda sayımların aparılması;
- Anbar qalığına nəzarəti həyata keçirmək.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 28.11.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.